...

Azərbaycanda parlament seçkilərinin şəffaflığı şübhə doğurmur – Belarus müşahidəçisi

Siyasət Materials 2 Sentyabr 2024 11:30 (UTC +04:00)
Azərbaycanda parlament seçkilərinin şəffaflığı şübhə doğurmur – Belarus müşahidəçisi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda parlament seçkilərinin şəffaflığı şübhə doğurmur.

Trend xəbər verir ki, bu barədə Belarus Respublikası Milli Məclisinin Respublika Şurasının sədr müavini Sergey Xomenko brifinqdə bildirib.

Onun sözlərinə görə, Belarus müşahidəçi heyəti Azərbaycandakı parlament seçkilərində 14 nümayəndə ilə təmsil olunub.

"İnsanlar üçün bu, əsl bayram idi, seçkilərin təşkili ən yüksək səviyyədə təmin edildi və onun şəffaflığı şübhə doğurmur", - o vurğulayıb.

Xomenko, həmçinin, nümayəndə heyətinin Azərbaycanın müxtəlif bölgələrini, o cümlədən, Şuşa, Xankəndi və Füzuli şəhərlərini ziyarət etdiyini qeyd edib.

O, Azərbaycan və Belarus parlamentləri arasındakı əlaqələrin həmişə sıx olduğunu və bu ənənənin davam edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. İlkin nəticələrə görə, seçkilərdə seçici fəallığı 37,27 faiz təşkil edib. Seçkilərdə səs verən seçicilərin sayı 2 196 771 nəfər olub. 5895 seçki məntəqəsi protokollarını MSK-ya təqdim edib.

Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.

Xəbər lenti

Xəbər lenti