...

Prezident İlham Əliyev: Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb

Siyasət Materials 6 Sentyabr 2024 12:37 (UTC +04:00)
Prezident İlham Əliyev: Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Çernobbio. Trend:

Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışında deyib.

"Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür", - Prezident İlham Əliyev bildirib.

Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlətimizin başçısı qeyd edib:

“Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”.

Xəbər lenti

Xəbər lenti