Bakı. Trend:
İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib.
Trend xəbər verir ki, bu barədə səfir "X" sosial media hesabında bildirib.
"Azərbaycanın Dövlət Suverenliyi Günü mübarək", - paylaşımda qeyd edilib.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.