Bakı. Trend:
Azərbaycana qarşı törədilən hərbi cinayətlər nəticəsində mülki şəxslər həlak olub.
Trend xəbər verir ki, bunu Müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov Bakıda keçirilən "Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar”da (SWIRMO) deyib.
O qeyd edib ki, 30 il ərzində davamlı olaraq müharibə cinayətləri törədilib:
"Mülki əhali, infrastruktur, bağçalar, məktəblər hərbi məqsədlər üçün atəşə tutulub. 30 il ərzində itkin düşən 4 000 Azərbaycan vətəndaşı haqqında məlumat verilmir", - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) birgə təşkilatçılığı ilə“Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksək səviyyəli seminar” (SWIRMO) keçirilir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin əhəmiyyətli tədbirlərindən biri olan bu seminarda 70-dən çox ölkəni təmsil edən yüksək rütbəli zabitlər iştirak edir.