Bakı. Trend:
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan və Ermənistana baş çəkəcək.
Trend xəbər verir ki, Almaniyanın prezident administrasiyasının verdiyi informasiyaya görə, səfərlər 30 mart - 2 aprel tarixlərində baş tutacaq.
Almaniyalı dövlət başçısını ölkənin birinci xanımı Elke Büdenbender müşayiət edəcək. Bu, federal prezidentin hər iki ölkəyə ilk rəsmi səfəri olacaq.
“Azərbaycana səfərinin gedişində Federal prezidenti Bakının UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş tarixi mərkəzini ziyarət edəcək, ölkənin xristian, müsəlman və yəhudi icmasının dini liderləri ilə konfessiyalararası qarşılıqlı anlama və tolerantlıq mövzusunda söhbət aparacaq”, - deyə Ştaynmayerin administrasiyasının bəyanatında deyilir.