...

Azərbaycan və ABŞ arasında münasibətlər daha uğurla inkişaf edəcək - Macar ekspert (ÖZƏL)

Siyasət Materials 9 Aprel 2025 16:51 (UTC +04:00)
Azərbaycan və ABŞ arasında münasibətlər daha uğurla inkişaf edəcək - Macar ekspert (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və ABŞ arasında münasibətlər daha uğurla inkişaf edəcək.

Bunu Trend-ə Macarıstanın Dunay İnstitutunun icraçı direktoru İştvan Kiş “Yeni Dünya Düzəninə doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

“Hakimiyyətə Respublikaçılar gələndə, onların xarici siyasəti, bir qayda olaraq daha gerçəkçi olur. Və elə olanda, adətən, münasibətlər yaxşılığa doğru dəyişir. Düşünürəm ki, hazırda Trampın hakimiyyəti dövründə, Azərbaycan- Amerika münasibətləri Baydenin dövründə olduğundan daha yaxşı olacaq”, - deyə o qeyd edib.

İştvan Kiş, eyni zamanda, forumda iştirakla bağlı təəssüratlarını da bölüşüb.

“Mən ilk dəfədir ki, Azərbaycandayam və deməliyəm ki, bu çox gözəl və zəngin ölkədir – həm iqtisadi, həm də mədəni nöqteyi-nəzərdən. Forum məndə güclü təəssürat oyatdı: iştirakçılar arasında aparılan müzakirələr zəngin və maraqlı idi.

Xüsusilə dəyərli olan, Azərbaycan Prezidenti ilə bu qədər vaxt keçirmək imkanı oldu – o, iştirakçıların suallarını demək olar ki, üç saat ərzində cavablandırdı. Bu, çox məzmunlu və dərin sessiya idi, mövzuların bütün spektrini – iqtisadiyyatdan tutmuş xarici və daxili siyasətə qədər – əhatə etdi. Şübhəsiz ki, bu görüş məndə böyük təəssürat yaratdı”, - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti