...

Sülh prosesi ilə bağlı məsələlər davam edəcək - Mirzoyan

Siyasət Materials 12 Aprel 2025 15:55 (UTC +04:00)
Sülh prosesi ilə bağlı məsələlər davam edəcək - Mirzoyan
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Sülh prosesi ilə bağlı məsələlər davam edəcək.

Trend xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Miroyan Antalya Diplomatiya Forumu çərçivəsində "Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar" mövzusunda panel müzakirəsi zamanı deyib.

“Teorik olaraq, ziddiyyətin aradan qaldırılacağına inanıram. Bu, ölkələrimiz üçün bir başlanğıc nöqtəsidir. Əlbəttə, sülh prosesi ilə bağlı məsələlər davam edəcək və biz bununla bağlı danışmağa, əməkdaşlıq imkanları yaratmağa davam edəcəyik.

Biz bununla dünyaya bir mesaj vermək istəyirik: “keçmişi qazımağın, ona bağlı qalmağın və buna vaxt sərf etməyin mənası yoxdur”. Xalqlarımızın ortaq gələcəyi və rifahı üçün çalışmalıyıq. Bunun üçün bütün lazımi imkanlar qarşımızdadır. Biz birlikdə gələcək mərhələyə keçməyə hazırıq və bu, özü ilə sülh içində əməkdaşlıq imkanlarını gətirəcək”, - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti