...

Azərbaycan Qlobal Cənub ölkələri ilə münasibətlərin inkişafına töhfə və təkan verməkdədir – Deputat

Siyasət Materials 14 May 2025 15:42 (UTC +04:00)
Azərbaycan Qlobal Cənub ölkələri ilə münasibətlərin inkişafına töhfə və təkan verməkdədir – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Qlobal Cənubun yüksəlişinə həm də parlament diplomatiyası yolu ilə töhfə verir. Milli Məclisin Asiya Parlament Assambleyasına uğurlu sədrliyi və fevralda Bakıda baş tutan APA plenar iclasının əhəmiyyətini vurğulamaq istərdim. Oman Sultanlığının üzv qəbul edilməsi ilə APA-nın sıraları genişləndi, 44 üzv dövlətə çatdı, “bərabər ödəniş, bərabər səsvermə hüququ” prinsipi razılaşdırıldı.

Trend xəbər verir ki, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Rizvan Nəbiyev komitənin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

O bildirib ki, indi həm coğrafi cəhətdən böyük, həm də kiçik dövlətlərin APA-da bir səsi var:

“Həmçinin, Qərbi Azərbaycana qayıdış hüququnun təmini ilə bağlı Bakı Bəyannaməsində bənd yer aldı. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Daşkənd toplantısının Yekun sənədində bu uğur təkrar olundu. Azərbaycanın parlament diplomatiyası vasitəsilə Qlobal Cənub çərçivəsində uğurlu və çoxşaxəli fəaliyyət aparır.

Azərbaycanı xarakterizə edən unikallıq ondan ibarətdir ki, malik olduğu iki mühüm resursla, coğrafi mövqeyi və siyasi, iqtisadi resursları ilə Qlobal Cənub ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafına töhfə və təkan verməkdədir”.

Millət vəkili vurğulayıb ki, Şanlı Zəfərimizdən sonra Azərbaycan və onun tərkibi olduğu Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti xüsusilə artıb.

“Belə ki, Azərbaycan Ermənistanın 30 illik işğalına son qoymaqla regionda yaratdığı yeni siyasi reallıq region və onun hüdudlarını aşan bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaradıb. Yeni status-kvonun üstünlüklərinə fokuslanan iqtisadi-ticarət və siyasi əlaqələrin inkişafı Qlobal Cənubla əməkdaşlıq strategiyasının əsasında dayanır.

Çinlə imzalanan hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin yaradılması haqqında Birgə Bəyanatda yer alan Çin-Avropa-Çin transxəzər ekspress marşrutu bunu bir daha təsdiqləyir. Yaxud Avropa İttifaqı-Mərkəzi Asiya ölkələrinin cari ilin aprelində baş tutan Səmərqənd sammitində 2030-cu ilədək əsasən nadir metalların istehsalı və Avropaya ixracı üçün 12 milyard avro investisiya razılaşdırıldı. Mərkəzi Asiyadan da təbii resursların Avropaya ixracatı marşrutunda Azərbaycan malik olduğu coğrafi mövqe və yaratdığı logistika-nəqliyyat infrastrukturu ilə mühüm tranzit tərəfdaşı rolunda çıxış edəcək”, - deyə R.Nəbiyev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti