...

Baş prokuror Keniya səfirliyində olub, iki ölkə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)

Siyasət Materials 10 İyun 2025 12:39 (UTC +04:00)
Baş prokuror Keniya səfirliyində olub, iki ölkə arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Keniya Dövlət Prokurorluğunun Direktoru Renson İnqonqanın dəvəti ilə Keniyada səfərdə olan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iyunun 8-də keniyalı həmkarı ilə birgə Azərbaycanın Keniyadakı Səfirliyini ziyarət edib.

Səfirlikdən Trend-ə bildirilib ki, Kamran Əliyev və Renson İnqonqa ilk öncə səfirliyin inzibati binasında yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı ilə tanış olaraq onu ehtiramla yad edib və büstünün önün gül dəstəsi qoyublar.

Səfir Sultan Hacıyev səfirliyin yaranması və diplomatik əlaqələrin qurulmasından ötən 20 il ərzində Azərbaycan və Keniya arasında münasibətlərin dinamik inkişafından söhbət açıb və iki ölkə arasında əməkdaşlıq istiqamətləri barədə məlumat verib.

Səfirlikdə Azərbaycanın dövlətçiliyinə həsr edilmiş guşə ilə tanışlıq zamanı Baş prokuror Kamran Əliyev ölkəmizin tarixi, mədəniyyəti, Azərbaycan dövlətinin memarı Heydər Əliyevin siyasi fəaliyyəti və xilaskarlıq missiyası, Prezident İlham Əliyevin liderliyi ilə müasir Azərbaycanın qazandığı nailiyyətlər barədə qonaqları məlumatlandırıb. 2020-ci il şanlı Zəfərin nəticələri, Azərbaycanın postmünaqişə dövründə innovativ şəhərsalma meyarlarına uyğun, milli imkanlar hesabına genişmiqyaslı bərpa-yenidənqurma işləri və ərazilərdə humanitar minatəmizləmə fəaliyyəti haqqında danışıb.

Renson Mulele İngonga Azərbaycanlı həmkarı Kamran Əliyevin dəvəti ilə ötən il ölkəmizə etdiyi işgüzar səfərləri ən xoş ifadələrlə xatırlayıb və Kamran Əliyevin Keniyaya səfərinin Azərbaycan və Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələrinə mühüm töhfə olduğunu vurğulayıb.

Səfirliyə ziyarət zamanı, ötən il Azərbaycanın ev sahibi olduğu COP29-da Keniyanın aktiv iştirakı vurğulanaraq bildirilib ki, 2026-cı ildə ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti