...

Ermənistan və Aİ rəsmiləri Tramp marşrutunu müzakirə ediblər

Siyasət Materials 3 Noyabr 2025 16:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Brüsseldə səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin diplomatik müşaviri Saymon Mordyu ilə regionda sülhün institusionallaşdırılması, eləcə də "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsini müzakirə ediblər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Müzakirələrdə regional kanalların aktivləşdirilməsi və geniş iqtisadi imkanların açılması kontekstində TRİPP-in böyük əhəmiyyət kəsb etməsi vurğulanıb.

Danışıqlarda eyni zamanda Ermənistanla Aİ arasında ikitərəfli əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti