Bakı.Trend:
Son iki ildə Qarabağa səfər etmişəm və şahid oldum ki, o ərazilər işğalçılar tərəfindən tamamilə darmadağın edilib.
Trend xəbər verir ki, bunu bu gün Pakistan Ali Məhkəməsinin vəkili Muhammad Sohail Sajid Qərbi Azərbaycan İcması tərəfindən "Mədəni və Qayıdış Hüququ Ermənistandan didərgin salınmış azərbaycanlıların mədəni irsinin bərpası - ədalətə, barışığa va sülhə aparan yol kimi" mövzusunda keçirilən III Beynəlxalq Konfransın panel sessiyasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, işğalın izləri hər yerdə görünür:
"Həmçinin, xeyli ərazi minalanıb və yerli əhali üçün təhdid təşkil edir. Qarabağda tarixi abidələr, məscidlər və digər yaddaş məkanları dağıdılıb".
Onun sözlərinə görə, Qarabağda bərpa və quruculuq işləri orijinal layihələrə əsaslanır, tarixi məhəllələr bərpa edilir və keçmiş gələcəklə əlaqələndirilir.
