...

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

Siyasət Materials 7 Yanvar 2026 17:23 (UTC +04:00)
Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon (üç milyon beş yüz min) manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400,0 (dörd yüz) min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400,0 (dörd yüz) min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400,0 (dörd yüz) min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400,0 (dörd yüz) min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400,0 (dörd yüz) min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400,0 (dörd yüz) min manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti