...

AZƏRBAYCAN PREZİDENTİ ÖLKƏDƏ "NARINCI" İNQİLABDAN EHTİYAT ETMİR

Siyasət Materials 16 İyun 2005 21:30 (UTC +04:00)
Azərbaycan prezidenti İlham Əliyev ölkədə "narıncı" inqilabdan ehtiyat etmir. Trend agentliyi xəbər verir ki, bu barədə o, Kiyevdə Ukrayna TV-nin "Beşinci kanalı"na müsahibəsində bəyan edib.Prezident Kiyevə  16-17 iyun tarixində orada Dünya iqtisadi forumunun təşkil etdiyi, "Ukraynanı kəşf et" şüarı altında  keçirilən növbədənkənar "dəyirmi masa" da iştirak etmək üçün gedib.
"Azərbaycanda Gürcüstan və Ukraynada baş verənlərdən fərqli olaraq, son 8 ildə iqtisadiyyat ikiqat artıb, ÜDM 100% artıb, son il yarım ərzində Azərbaycanda 217 min yeni iş yeri açılıb, minimum əmək haqqı üç dəfə artırılıb, Azərbaycan əhalisinin adambaşına düşən investisiya həcmi MDB-də birinci yeri tutur "-deyə o bildirib.
Azərbaycan prezidenti həmçinin qeyd edib ki, ölkədə siyasi vəziyət çox müsbətdir.İ.Əliyevin sözlərinə görə, ictimai rəy sorğusunun nəticələri deməyə əsas verir ki, prezidentə etimad və dəstəyin səviyyəsi keçmiş sovet məkanında ən yüksək göstərici olaraq 77% təşkil edir. "Bütün bu amillər gələcəyə inamla baxmağa əsas verir " -deyə Azərbaycan prezidenti bildirib. 
Xəbər lenti

Xəbər lenti