...

"YeS" SEÇKİ BLOKU DA 25 İYUN AKSİYASINA QOŞULDU

Siyasət Materials 20 İyun 2005 14:58 (UTC +04:00)

Trend-i buradan izləyin

Bir neçə siyasi partiya, seçki blokları və qeyri-hökumət təşkilatlarının iyunun 25-də keçirəcəyi yürüş-mitinqə hazırlıqla bağlı iyunun 20-də Təşkilat Komitəsinin iclası keçirilib. Bu barədə Trend ə aksiyanın təşkilatçılarından olan Aksiya ilə bağlı müraciətə Bakı Şəhər İcra Hakimiyyətindən hələlik cavab verilməyib.

İ.Həmidov bildirib ki, aksiyaya ciddi hazırlıq işləri gedir və yürüş-mitinq yüksək səviyyədə təşkil olunacaq. Onu da deyib ki, Liberal Partiyası, "YeS" seçki bloku, Ümid Partiyası da yürüş-mitinqin təşkilatçılığına qoşulub. Aksiyada 10 min adamın iştirakı nəzərdə tutulub. Mitinqdə "azad seçki", "seçki mühitinin demokratikləşdirilməsi", "seçki komissiyalarının və seçki qanunvericiliyinin dəyişdirilməsi", "KİV-lərdə bütün namizədər üçün bərabər şərait yaradılması" tələbləri səsləndiriləcək və bu şüarlar yazılmış plakatlar nümayiş olunacaq.

Qeyd edək ki, 25 iyun aksiyasının təşkilatçıları sırasında siyasi partiyalarla bərabər 18 qeyri-hökumət təşkilatı da var.

Xəbər lenti

Xəbər lenti