...

ROMA PAPASINA ETİMADNAMƏLƏR TƏQDİM OLUNUB

Siyasət Materials 21 İyun 2005 16:45

Trend-i buradan izləyin

Azərbaycan Respublikasının Vatikandakı səfiri Elçin Əmirbəyov Roma Papası XVI Benediktə etimadnamə təqdim edib. AR xarici işlər Nazirliyndə Trend agentliyinə bildirilib ki, Vatikanın Apostol sarayında keçirilmiş mərasimdə Papa XVI Benedikt və səfir E.Əmirbəyov çıxış edib.

Roma Papası qeyd edib ki, Vatikanla Azərbaycan arasında gözəl münasibətlərin gələcək inkişafını dəstəkləyir.O, prezident İlham Əliyevə və dost Azərbaycan xalqına səmimi salamlarını çatdırıb, eləcə də E.Əmirbəyovu Azərbaycan Respublikasının Vatikanda ilk səfiri təyin edilməsi münasibətilə təbrik edib. Mərasimdən sonra keçirilən qısa söhbət əsnasında iki dövlət arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
E.Əmirbəyov həmçinin Vatikanın dövlət katibi kardinal A.Sodano, xarici işlər naziri monsenyor L.Sandri, xarici işlər nazirinin müavini P.Parolin, Protokol xidmətinin rəhbəri T.Kaputo ilə tanışlıq görüşləri keçirib.

Xəbər lenti

Xəbər lenti