...

LORİ BRİSTOU: AVROPA BİRLİYİNDƏ BÖHRAN "AVROPA QONŞULUQ SİYASƏTİ"NİN REALLAŞDIRILMASINA TƏSİR GÖSTƏRMƏYƏCƏK

Siyasət Materials 24 İyun 2005 15:26 (UTC +04:00)
LORİ BRİSTOU: AVROPA BİRLİYİNDƏ BÖHRAN "AVROPA QONŞULUQ SİYASƏTİ"NİN REALLAŞDIRILMASINA  TƏSİR GÖSTƏRMƏYƏCƏK

Trend-i buradan izləyin

Böyük Britaniya Avropa Birliyinin fəaliyyətdə olan sədrinin nümayəndəsi kimi Azərbaycanın dünya birliyinə inteqrasiyası və demokratik normpaların inkişafını stimullaşdıran amil kimi demokratik "Avropada qonşuluq siyasəti"nin (AQS) uğurunun əhəmiyyətini dərk edir. Trend agentliyinin məlumatına görə, bu barədəiyunun 24-də "Avropanın yeni qonşuluq siyasəti" mövzusunqda keçirilən konfransda Böyük Britaniyanın Azərbaycandakı səfiri Lori Bristoubəyan elib.

Vahid Avropa Konstitusiyasının qəbul edilməsi məsələsi ətrafında yaranmış müzakirələrlə bağlı Avropa Birliyində davam etməkdə olan böhrana diqqətçəkən səfir qeyd edib ki, "yaranmış vəziyyətdən asılı olmayaraq Avropa Şurası daxili problemlərin həllindən yayınmamalıdır".

Lori Bristounun fikrincə, "Avropa qonşuluğu" siyasəti Azərbaycan üçün iqtisadi inkişaf, demokratiyanın və demokratik institutların möhkəmlənməsi, siyasi dialoq və regional təhlükəsizlik və əməkdaşlıq problemləri baxımından çox mühümdür.

Səfir xatırladıb ki, bu ilin sonuna qədər AB-Azərbaycan tərəfdaşlıq proqramı işlənib hazırlanmalı və qəbul edilməlidir. "AQS əsasında AB-nin daxili bazarına yeni qonşuların daimi inteqrasiyası durmalıdır. Bu proqramın qəbul edilməsi məqsədilə artıq iyul ayında Azərbaycanın Avropa strukturlarına gələcək inteqrasiyasının əsası olacaq proqramın ilkin variantı ilə Bakıya AB ekspertləri gələcək" - deyə Lori Bristou qeyd edib.

Əvvəllər, hələ 2004-cü ildə iyunun 14-dəAB Şurası Cənubi Qafqaz dövlətlərinin AQS-nə qoşulmaq barədə qərar qəbul edib. AB-nin Şurası tərəfindən təsdiqlənmiş "Avropa qonşuluq siyasəti" hələ 2003-cü ilin martında Avropa Komissiyasının qəbul etdiyi "Genişlənmiş Avropa - yeni qonşuluq" adlı işin yekunudur.

Xəbər lenti

Xəbər lenti