...

AZƏRBAYCAN VƏ MİSİR HÖKUMƏTLƏRİNİN EKSPERTLƏRİ HÖKUMƏTLƏRARASI KOMİSSİYA İCLASININ GÜNDƏLİYİNİ HAZIRLAYIR

Siyasət Materials 28 İyun 2005 17:55 (UTC +04:00)

Trend-i buradan izləyin

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan -Misir hökumətlərarası komissiyanın II iclasının gündəliyi iyulun birinci yarısında Qahirədə iki ölkə hökuməti ekspertlərinin görüşündə razılaşdırılacaq.Bu barədə Trend agentliyinə Misirin Azərbaycandakı səfirliyində bildirilib.

Ekspertlər iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iyulun sonunda keçiriləcək növbəti iclasının gündəliyini, eləcə də iclas çərçivəsində imzalanacaq saziş layihələrini işləyib-hazırlayacaq və razılaşdıracaqlar.

Bugünkü gündə Azərbaycanla Misir arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına dair 5 ikitərəfli sənəd layihəsi hazırlanıb.Sənədlər kənd təsərrüfatı, ticarət, mədəniyyət, sənaye və digər sahələrdə əməkdaşlığın inkişafını əhatə edir.Bunlardan bir hissəsi razılaşdırılıb və bəyənilib, amma ayrı-ayrı bəndlərdə dəyişikliklər edilir.

Komissiya həmçinin Azərbaycanla Misir arasında mal dövriyyəsi həcminin artırılması imkanlarını da nəzərdən keçirəcək.Xatırladırıq ki, komissiyanın birinci iclası 2002-ci ilin oktyabrında Bakıda keçirilmişdi.Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Fərhad Əliyev, Misir tərəfdən isə xarici əlaqələr naziri xanım Faizə ƏbulNaqadır.

Xəbər lenti

Xəbər lenti