Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 19-da Kolumbiyanın prezidenti Alvaro Uribe Velesə milli bayram - Müstəqillik gününün ildönümü münasibətilə təbrik məktubu göndərib.
Trend agentliyi bildirir ki, məktubda yaranmış əlaqələrin iki xalqın maraqları naminə bundan sonra da inkişaf etdiriləcəyinə ümid ifadə olunur.