...

AZƏRBAYCANIN XİN BAŞÇISI ATƏT-İN YENİ BAŞ KATİBİ İLƏ DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN NİZAMA SALINMASI YOLLARINI MÜZAKİRƏ EDİB

Siyasət Materials 7 Sentyabr 2005 20:53 (UTC +04:00)

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması yolları Venada AR xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in yeni təyin edilmiş baş katibi Perrin de Brişambonun görüşündə müzakirə edilib.Bu barədə Trend ə AR XİN-nin mətbuat mərkəzində bildirilib.

Nazir görüşdə respublikanın ATƏT ilə əməkdaşlığının inkişafı, demokratikləşdirmə prosesi, Azərbaycanda keçirilən siyasi və iqtisadi islahatlar barədə həmsöhbətini məlumatlandırıb.Tərəflər ATƏT-in strukturu, inkişafı və gələcək institutları barədə fikir mübadiləsi aparıb.

E.Məmmədyarov Venada olarkən ATƏT-in Daimi şurasının xüsusi plenar iclasında iştirak və çıxış edib.O, ABŞ, Fransa, Kipr, Türkiyə və Rusiyanın ATƏT-dəki nümayəndələri ilə ikitərəfli danışıqlar aparıb.

Həmçinin Avstriyanın İqtisadi palatasının vitse-prezidenti Rixard Şenç ilə də görüşüb. Avstriyaya akkreditə olunmuş diplomatik korpusun, siyasi xadimlərin, jurnalistlərin və bu ölkənin iş adamlarının iştirakı ilə konfrans təşkil edilib və E.Məmmədyarov burada "Azərbaycan müasir mərhələdə" mövzusunda çıxış edib.

Xəbər lenti

Xəbər lenti