...

İLYAS İSMAYILOV: İLHAM ƏLİYEVİN QARABAĞLA BAĞLI GÜZƏŞTSİZ MÖVQEYİ TƏQDİRƏLAYİQDİR

Siyasət Materials 8 Sentyabr 2005 16:57 (UTC +04:00)

"ATƏT-in sədri Dimitri Rupelin Dağlıq Qarabağ probleminin həlli üçün danışıqlar prosesində ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək prinsiplərinin razılaşdırılması haqqında fikirləri təəssüf doğurur.

Bu bir daha onu göstərir ki, ATƏT münaqişənin həllində obyektiv, beynəlxalq hüququn prinsiplərinə uyğun mövqe tutmayıb". Trend in məlumatına görə, bu bəyanatla müxalifəti təmsil edən Ədalət Partiyasının sədri İlyas İsmayılov çıxış edib.

İlyas İsmayılov bildirib ki, xalqların öz müqəddəratını təyin etmək hüququn olması prinsipi qətiyyən Dağlıq Qarabağ əhalisinə tətbiq edilə bilməz: "Çünki Dağlıq Qarabağda yaşayan ermənilər ayrıca xalq deyil, erməni mənşəyə mənsub, Azərbaycan ərazisində məskunlaşmış, müəyyən icmaya aid Azərbaycan vətəndaşlarıdır.

Ermənilər bir xalq kimi beynəlxalq hüququn bu prinsipinə uyğun olaraq bir dəfə öz məqəddəratlarını təyin edib özlərinin müstəqil dövləti olan Ermənistan Respublikasını yaradıblar. Dağlıq Qarabağ erməniləri isə bu hüquqa malik deyillər və onlara xalq statusu verilə bilməz"-deyə İlyas İsmayılov qeyd edib.

Ədalət Partiyasının sədri bildirib ki, ermənilərin ikinci bir dövlətlərini yaratmaq niyyətləri tamamilə absurddur. Belə olan halda gərək ermənilərin dünyanın müxtəlif yerlərində kampakt yaşadığı ərazilərdə, o cümlədən Kaliforniyada, Avstraliyada, Krasnodarda, Rostovda, Stavropolda və digər yerlərdə yüzlərcə erməni dövləti yaransın.

Dağlıq Qarabağda baş verənlər Ermənistanan təhriki və birbaşa iştirakı ilə həyata keçirilmiş terrorçuluq və separtçılıqdır. İ.İsmayılov onu da bildirib ki, ATƏT-in qərarları tövsiyə xarakteri daşıdığından bu qurum problemin həllində ciddi irəliləyişə nail ola bilməz.

Ədalət Partiyasının sədri prezident İlham Əliyevin son vaxtlar Qarabağla bağlı danışıqlar prosesində tutduğu mövqeyini müsbət qiymətləndirdiyini də vurğulayıb: "Prezident İlham Əliyevin son vaxtlar ölkənin müharibə qüdrətinin artırılması istiqamətindəki səyləri və problemin həllində güzəştsiz mövqeyi təqdirəlayiqdir.

Bu, belə də davam etməli, Ermənistan tərəfi geri çəkilməyəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarının qaytarmaq əzmində olduğunu göstərməlidir"-deyə İ.İsmayılov əlavə edib.

Xəbər lenti

Xəbər lenti