Azərbaycanın mərkəzi seçki komitəsinə (MSK) Xankəndi seçki dairəsindən erməni mənşəli seçicilərin siyahısının tərtib olunmasında köməyin göstərilməsi ilə bağlı beynəlxalq təşkilatlardan cavab daxil olmayıb. Bu barədə Trend ə MSK-nın sədri M.Pənahov bildirib.
"Biz Xarici İşlər Nazirliyinin xətti ilə müvafiq beynəlxalq təşkilatlara, onların Azərbaycandakı nümayəndəliklərinə, həmçinin, Bakıda ofisi olmayan təşkilatlara rəsmi müraciət göndərmişik. Bundan başqa, bu məsələ görüşlərdə də qaldırılıb. Lakin hələklik heç bir cavab yoxdur", - deyə o qeyd edib.
MSK sədri onu da bildirib ki, əgər Bakıdakı beynəlxalq təşkilatların köməyi ilə erməni mənşəli Azərbaycan vətəndaşı olan seçicilərin siyahısını hazırlamaq mümkün olsa, sahə seçki komissiyaları yaradılacaq. "Hələlik hər hansı bir real nəticə yoxdur. Lakin biz əlimizdən gələni etməliyik, belə ki, bu, dövlətin öz vətəndaşlarının konstitusiya hüquqlarının təmin olunması istiqamətində tapşırığıdır.