...

YENİ SİYASƏT SEÇKİ BLOKUNU TELEVİZİYADA AYRILAN TƏBLİĞAT VAXTININ AZLIĞI QANE ETMİR

Siyasət Materials 13 Sentyabr 2005 14:02 (UTC +04:00)

"Namizədlərin təbliğatı üçün 4 dəqiqə efir vaxtının verilməsi bizi qane etmir" Bunu Trend agentliyinə müxalifətyönlü "Yeni Siyasət" (YES) blokunun təsisçilərindən və Koordinasiya Şurasının üzvlərindən olan Azərbaycan Ziyalılar Hərəkatının (AZH) lideri Eldəniz Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, bu vaxt bir qədər artırılmalıdır ki, namizəd öz fikrini seçicilərə əhatəli çatdıra bilsin. "YES" rəsmisi onu da qeyd edib ki, vaxtın azlığına baxmayaraq məsuliyyət iki dəfə artıb: "Az vaxt ərzində gərək fikrini seçicilərə tam çatdırmalısan".

"YES" Koordinasiya Şurası üzvlərinin əksəriyyətinin efirdən canlı istifadə etmək istədiklərini bildirən E.Quliyev bu sıraya Etibar Məmmədov, Araz Əliazadə, Eldar Namazov və özünün daxil olduğunu qeyd edib: "Digər namizədlərimiz bir sıra obyektiv və sublektiv səbəblərə görə canlı efirdən itisfadə etmək istəmirlər".

E.Quliyev qeyd edib ki, blok televiziya vasitəsilə bir neçə dəfə öz təbliğatını edəcək, sonra namizədlər fərdi qaydada təbliğatlarını quracaqlar.

"YES" təmsilçisi Koordinasiya Şurasının üzvlərindən olan ölkənin sabiq baş naziri Rəhim Hüseynovun sentyabrın 18-də ABŞ-dan Bakıya qayıtdıqdan sonra televiziya vasitəsilə seçki təbliğatına qoşulacağını da qeyd edib: "Baxmayaraq ki, Rəhim müəllim namizədliyini verməyib. Fikrimcə o bizim təbliğata qoşulmaqla heç bir qanunu pozmayacaq".

Xəbər lenti

Xəbər lenti