...

ELDAR ƏZİZOI: GƏNCƏ İNIESTORLARIN ÜZÜNƏ AÇIQ ŞƏHƏRDİR

Siyasət Materials 15 Sentyabr 2005 18:40 (UTC +04:00)

"Paytaxtda məni Gəncədə investorlara lazımi şərait yaratmamaqda ittiham edirlər". Bu sözləri Gəncə İcra hakimiyyətinin başçısı E.Əzizov yerli jurnalistlərlə söhbətində bildirdi. O, bildirib ki, "sahibkarlardan biri şəhərin qədim abidələrindən biri-Köhnə Pionerlər evinin yerində 12 mərtəbəli bina ucaltmaq isteyirdi.

Mən buna icazə vermədim. Çünki həm ərazidə Cavad xan məqbərəsi və digər tarixi binalar yerləşir. Yeni tikilən hündür bina həmin tikililərin görkəmini tamamilə itirəcək.

Bu ise o demək deyil ki, Gəncədə sahibkarlara imkan verilmir. Hazırda İqtisadi İnkişaf Nazirliyinin xətti ilə Beynəlxalq şirkətlərlə hökumət səviyyəsində danışıqlar gedir. Sovet dövründən qalan bütün müəssisələr sahibkarların idarə etməsinə veriləcək. İşsizlik minimum həddə enəcək".

Xəbər lenti

Xəbər lenti