...

GƏLƏCƏK SEÇKİLƏRDƏ ELEKTRON SƏSVERMƏ HƏYATA KEÇİRİLƏCƏK

Siyasət Materials 15 Sentyabr 2005 19:56 (UTC +04:00)

Bu il parlament seçkisində elektron səsvermə keçirilməyəcək. Trend in məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində fəaliyyət göstərən "Seçkilər" İnformasiya Mərkəzinin sədri İqbal Babayev açıqlama verib.

O, bildirib ki, elektron səsvermə ilə bağlı beynəlxalq standartlara uyğun sistemin Azərbaycanda da tətbiq edilməsi proqramı hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. Lakin hələki bu sistem həyata keçirilmir.

İqbal Babayevin sözlərinə görə, gələcəkdə elektron səsvermə tətbiq ediləcək, seçki məntəqələri avtomatlaşdırılacaq, hətta seçki qutuları da elektron aparatlar olacaq: "Dövlətin "Elektron hökumət" proqramı çərçivəsində seçki prosesinin də avtomatlaşdırılması nəzərdə tutulub. Lakin bu proses tədricən, gələcəkdə həyata keçiriləcək"-deyə İqbal Babayev bildirib.

Xəbər lenti

Xəbər lenti