...

ALİ MƏHKƏMƏDƏ GÖRÜŞ-SEMİNAR KEÇİRİLİB

Siyasət Materials 16 Sentyabr 2005 20:18 (UTC +04:00)

Sentyabrın 16-da Azərbaycan Respublikası Ali Məhkəməsində "İnzibati məhkəmə sisteminin prinsipləri" və "İnzibati orqanların fəaliyyətinin qanuni tənzimlənməsi" mövzusunda görüş-seminar keçirilib. Bu barədə Trend ə Ali Məhkəmənin mətbuat xidmətindən məlumat verilib.

Seminarda Ali Məhkəmənin sədri Ramiz Rzayev çıxış edərək, son illər respublikamızda dövlətçiliyin möhkəmləndirilməsindən, ölkəmizdə əldə edilmiş iqtisadi uğurlardan və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlərdən, eləcə də ədalət mühakiməsi zamanı qanunun aliliyini təmin etmək üçün məhkəmələrin qarşısında dayanan vəzifələrdən danışıb.

Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ekspertləri Folker Ellenberqer, Yens Deppe və "Azərbaycanda hüquq və məhkəmə islahatları" layihəsinin rəhbəri Tomas Hermanın öz ölkələrinin məhkəmə sistemi haqqında məlumatları maraqla qarşılanıb.

Qeyd olunub ki, Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ekspertləri Azərbaycan Respublikasının "İnzibati icraat haqqında" Qanununun işlənib hazırlanmasında yaxından iştirak etmiş, Milli Məclisin işçi qrupunun hazırladığı "İnzibati Prosessual Məcəllə"nin layihəsinin müzakirəsini keçirmişlər.

Seminarda Ali Məhkəmənin hakimlərini və Elmi-Məsləhət Şurasının üzvlərini maraqlandıran suallara aydınlıq gətirib.

Görüş-seminarın sonunda Ali Məhkəmənin sədri Ramiz Rzayev maraqlı müzakirə üçün Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin ekspertlərinə minnətdarlığını bildirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamış, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Xəbər lenti

Xəbər lenti