İlin sonuna kimi Lənkəranda əlillər üçün reabilitasiya mərkəzi istismara veriləcək. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən Trend ə verilən məlumata görə, hazırda bu obyektin tikuintisi üzrə işlər davam etdirilir. Tikinti işləri dövlət hesabına iyulda başlanıb.
Nazirlikdə o da bildirilib ki, ümumi sahəsi 4800 m2 olan mərkəzin tikintisi üzrə işlərin icraçısı elan olunmuş tenderin qalibi yerli Azərkurort Tikinti Təmir şirkətidir.
Cari ilin oktyabr ayının sonunda Xaçmaz və Sumqayıtda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2 mərtəbəli yaşayış binaları istismara veriləcək.
Bu tədbirlər 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramına uyğun olaraq həyata keçirilir.