...

AZƏRBAYCAN PREZİDENTİ ÇİN SƏFİRİNİ QƏBUL EDİB

Siyasət Materials 19 Sentyabr 2005 19:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 19-da Çinin Bakıdakı səfiri Çjan Siyunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Trend in məlumatına görə, görüş zamanı Ç. Siyun bildirib ki, Çin Xalq Respublikasının (ÇXR) sədri tərəfindən Ümumçin xalq deputatları tooplantısının xalq deputatlarının qərarı ilə geri çağırılıb. Diplomat onun varislərinə də bu qədər yüksək diqqət göstəriləcəyinə əmin ümidvar olduğunu bildirib.

Ç. Siyun Azərbaycan dövlətinin rəhbərinə Çinin Tayvan və Tibetlə bağlı mövqeyini dəstəkləməsilə, eləcə də BMT-də islahatların aparılması kimi məsələlərdə Pekinlə eyni mövqelərdən çıxış etməsilə əlaqədar minnətdarlığını bildirib.

Çinli diplomat prezident İlham Əliyevin Pekinə səfərinin yekunlarına yküsək qiymət verib. Onun sözlərinə görə, son 3 il ərzində iki ölkə arasında mal dövriyyəsinin həcmi il ərzində 15-dən 300 milyon dollaradək artıb.

"Əgər 2002-ci ildə Bakıda Çindən cəmi bir tələbə təhsil alırdısa, 2005-ci ildə bu rəqəm 180-ə çatıb. Elə həmin dövrdə Çin investisiyalarının həcmi 2 milyon dollardan 300 milyon dollaradək artıb", -deyə Ç. Siyun qeyd edib.

Prezident İlham Əliyev ÇXR səfirinin Bakıdakı fəaliyyətinə yüksək qiymət verib. "Mən ümid edirəm ki, yeni səfir də Azərbaycanla Çin arasında əlaqələrin inkişafı və möhkəmlənməsilə bağlı səyləri davam etdirəcək", - deyə İ.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti