...

DEPUTAT SEÇKİ MƏCƏLLƏSİNİN POZULMASINDAN NARAHATLIĞINI BİLDİRİB

Siyasət Materials 20 Sentyabr 2005 16:24 (UTC +04:00)

"Siyasi blokların namizədləri dövlət efirindən və mətbuatdan pulsuz istifadə edirlər, lakin müstəqil namizədlərin belə bir hüququ yoxdur". Trend xəbər verir ki, millət vəkili Əliməmməd Nuriyev parlamentin sentyabrın 20-də keçirilən iclasında bu məsələni gündəmə gətirməklə Seçki Məcəlləsində namizədlər üçün nəzərdə tutulan bərabər şəraitin pozulduğunu önə çəkib.

Ə.Nuriyev bildirib ki, ölkə konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktların xarakteri ilə bağlı olaraq qeyd edir ki, bu imi aktlar haqqa və ədalətə əsaslanmalıdır. Seçki Məcəlləsinin 80-cı maddəsi konstitusiyaya zidd olduğu üçün qeyri-hüquqi normadır.

Millət vəkili seçki təbliğatı zamanı namizədlərin boş-boş vədlər verib seçiciləri pula ələ almaları barədə çıxışlarına da etiraz edib: "Ayrı-ayrı namizədlər seçicilərə söyləyirlər ki, seçiləriksə sizi qaz və işıq pullarından azad edəcəyik. Bunun qarşısı dövlət tərəfindən alınmalıdır".

Hakim Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Bahar Muradova da həmkarının fikirlərini dəstəkləyərək bunun yolverilməz olduğunu bildirib: "Belə çıxış edən insanlar yalnız bu vaxta kimi avantüralarla məşğul olublar. Hətta onlar insanların maaşlarını belə qaldıracaqlarına söz verirlər".

Xəbər lenti

Xəbər lenti