...

OKTYABR AYININ ORTALARINDA HAKİMLƏR İMTAHANLARIN İKİNCİ MƏRHƏLƏSİNDƏN KEÇƏCƏK

Siyasət Materials 27 Sentyabr 2005 15:55 (UTC +04:00)

Oktyabr ayının ortalarında hakimliyə namizədlər imtahanların ikinci mərhələsindən keçəcəklər. Trend bu məlumatı Hakimlərin Seçki Komitəsindən əldə edib.

Komitədən bildiriblər ki, ikinci mərhələyə keçmiş namizədlərin sayı 223 nəfərdir. Növbəti mərhələdə namizədlər hüquqi biliklərini inşa yolu ilə sınayacaqlar.

Hələlik imtahanların dəqiq tarixi və keçiriləcəyi yer müəyyənləşməyib. Lakin artıq Hakimlərin Seçki Komitəsi imtahanların müasir və yüksək səviyyədə keçirilməsi üçün ciddi hazırlıq işləri aparır.

Xəbər lenti

Xəbər lenti