...

ATƏT-İN MİNSK QRUPUNUN SƏLAHİYYƏTLƏRİNİN BAŞQA QURUMA VERİLMƏSİ İLƏ BAĞLI MƏSƏLƏ RƏSMİ BAKNIN GÜNDƏLİYİNƏ HEÇ ZAMAN DAXİL EDİLMƏYİB

Siyasət Materials 27 Sentyabr 2005 18:00 (UTC +04:00)

ATƏT-in Minsk qrupunun səlahiyyətlərinin başqa quruma verilməsi ilə bağlı məsələ heç zaman rəsmi Bakının gündəliyində durmayıb. Bu barədə Trend ə eksklüuziv müsahibəsində prezidentin İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun səlahiyyətləırinin bir hissəsinin AŞ PA-ya verilməsinin mümkünlyü ilə bağlı ATƏT MQ-nin rusiyalı həmsədri Yuri Merzlyakovun bəyanatının onda təəccüb doğurduğunu bildirib. "Mən bu barədə eşitməmişəm və həmsədrin sözlərinin dəqiq çatdırılmasına da əmin deyiləm", - deyə N.Məmmədov bəyan edib.

Əgər Merzlyakov belə bəyanat veribsə, o zaman bu barədə düşünmək lazımdır. Belə bəyanat müəyyən dərəcədə onun peşəkarlığının şübhə altına alınması üçün əsas ola bilər.

N.Məmmədovun sözlərinə görə, ATƏT-in MQ həmsədrlərindən biri və münaqişə ilə bağlı bütün proseslərin tapşırıldığı şəxs olduğu, BMT, ATƏT və Minsk qrupu mandatının vəzifələrini yaxşı bildiyi halda, o, belə bəyanatla çıxış etməməli idi. Rəsmi nümayəndə bu bəyanatın "başqa məqsəd güddüyünü və belə fikrin kiminsə maraqlarına uyğun olaraq ifadə olunduğunu" istisna etmir.

N.Məmmədovun sözlərinə görə, həmsədrlərin belə təkliflərlə çıxış etmək səlahiyyəti yoxdur, onlardan biri öz vəzifəsini icra edə bilmədiyi halda, o, öz yerinə başqa birisini tapmaq təklifi ilə rəhbərliyə müraciət etməlidir.

"Son aylar ərzində nizamlama prosesinin intensivləşdiyi və danışıqlarda müsbət elementlərin olduğu halda belə bəyanatlar vermək olmaz", - deyə o vurğulayıb.

N.Məmmədov Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında görüşün keçiriləcəyini istisna etməsə də, bu barədə hələlik konkret məlumatın omadığını bildirib.

"Daha dəqiq desək, görüşə hazırlıq işləri gedir. Əgər müəyyən nəticə əldə olunsa, bu barədə məlumat veriləcək", - deyə şöbə müdiri əlavə edib.

Xəbər lenti

Xəbər lenti