...

LİTVANIN ƏDLİYYƏ NAZİRİ AZƏRBAYCANIN KONSTİTUSİYA MƏHKƏMƏSİNİN SƏDRİ İLƏ GÖRÜŞÜB

Siyasət Materials 29 Sentyabr 2005 20:56 (UTC +04:00)

Sentyabr ayının 29-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının ədliyyə naziri Qintatuas Bujinskasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Fərhad Abdullayev qonaqlara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətindən, qəbul olunmuş qərarlardan, vətəndaşların bu quruma birbaşa müraciət hüququndan geniş istifadə etməsi haqqında ətraflı məlumat verib.

Fərhad Abdullayev görüş zamanı Azərbaycan Konstitusiya Məhkəməsinin təcrübəsində insan hüquq azadlıqlarının müdafiəsindən, respublikanın məhkəmə sisteminin təkmilləşdirilməsinə yönəlmiş normativ-hüquqi aktlardan, Azərbaycanda yeni hakim korpusunun formalaşdırılmasından və s. proseslərdən danışıb. Görüşdə iki ölkənin huquqi əlaqələrinin daha da möhkəmlənməsində qanunvericilik rolu barədə geniş fikir mübadiləsi aparılıb.

Qintatuas Bujinskas öz növbəsində bildirib ki, Litva Respublikasının yüksək məhkəmə orqanlarının rəhbərləri Azərbaycan Respublikasının məhkəmə orqanları ilə əməkdaşlıq etməyə böyük maraq göstərirlər. Qonaq bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsinin vacib olduğunu bildirilib.

Xəbər lenti

Xəbər lenti