...

ABŞ AZƏRBAYCANDAN NƏRƏ BALIĞI VƏ KÜRÜNÜN İDXALINI MÜVƏQQƏTİ QADAĞAN EDİB

Siyasət Materials 30 Sentyabr 2005 12:18 (UTC +04:00)

ABŞ-ın Balıqlar və Canlı Təbiət İdarəsi (USFWS) Azərbaycandan və Xəzər regionunun digər ölkələrindən nərə balığı və kürünün idxalını müvəqqəti qadağan edib. Trend in xəbər verdiyi kimi, bu barədə ABŞ-ın Dövlət Departamentinin Beynəlxalq İnformasiya Proqramları Bürosundan bildirilib.

Məlumata əsasən, sentyabrın 29-da USFWS Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandan ət və ağbalıq kürüsünün idxalının qadağan olunmasına dair qərar qəbul edib.

2004-cü ilin oktyabrından ağ balıq USFWS tərəfindən nəsli kəsilən balıq növü elan edilib, 2005-ci ilin martından isə nərə balığının idxalı məhdudlaşdırılıb.

Məlumatda o da qeyd olunur ki, USFWS 5 Xəzəryanı ölkədən ABŞ instansiyalarına nərə balığı növlərinin qorunması barədə zəmanət verməyi tələb etsə də, oktyabrın 29-na olan vəziyyətə görə bu dövlətlərin heç biri tələb olunan sənədləri təqdim etməyib. Bununla əlaqədar olaraq nərə balığı ticarətinin müvəqqəti qadağan olunmasına dair qərar sentyabrın 30-dan qüvvəyə minir.

Bu qadağa ABŞ-a həm kommersiya, həm də fərdi daşımalara şamil edilir. Əgər əvvəllər hər hansı bir gömrük sənədi olmadan ölkəyə 250 qrama qədər kürü idxalına icazə verilirdisə, sentyabrın 30-dan sonra bu, tam qadağan olunur.

Xəbər lenti

Xəbər lenti