...

YENİ SİYASƏT BLOKU MİTİNQLƏ BAĞLI PLANINI MÜVƏQQƏTİ TƏXİRƏ SALIB

Siyasət Materials 3 Oktyabr 2005 14:56 (UTC +04:00)

"Yeni Siyasət" (YES) bloku mitinq keçirmək barədə planını müvəqqəti təxirə salıb". Bu barədə Trend agentliyinə YES-də təmsil olan Azərbaycan Milli İstiqlal Partiyasının sədri və blokun mitinq təşkilat komitəsinin rəhbəri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, blokun Əlaqələndirmə Şurasında qərara alınıb ki, oktyabrın ilk on günlüyündə namizədlərin qapalı görüşü keçirilsin: "Bunu blokun qərargahında həyata keçrmək mümkün olmadığından paytaxtın o qədər də böyük olmayan mədəniyyət saraylarında təşkil etməyi planlaşdırmışıq. Ancaq mitinq keçirmək barədə planımız da gündəmdən çıxarılmayıb. Vaxt yetişəndə bunu da reallaşdıracağıq".

Ə.Əliyev onu da bildirib ki, "YES"lə "Azadlıq" bloku arasında əməkdaşlıqla bağlı məsələlər də gündəmdədir. Blokun Əlaqələndirmə Şurasının növbəti toplantısında bu məsələlər də geniş müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti