...

ANDREAS HERKEL: BAKIYA SƏFƏRİN MƏQSƏDİ PARLAMENT SEÇKİLƏRİNƏ HAZIRLIĞIN ÖYRƏNİLMƏSİDİR

Siyasət Materials 5 Oktyabr 2005 17:09 (UTC +04:00)

Oktyabrın 9-10-da AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkelin Bakıya səfəri planlaşdırılıb.A.Herkel Trend in Strasburqda olan xüsusi müxbirinə bildirib ki, səfərin məqsədi parlament seçkilərinə hazırlığın öyrənilməsidir.

"Məhz həmin məsələni biz həm hakimiyyət və müxalifət nümayəndələri, həm də QHT liderləri ilə müzakirə edəcəyik.Rəsmi nöqteyi-nəzərdən biz Bakıya AŞPA-nın həmməruzəçiləri kimi yox, AŞPA-dan olan müşahidəçilər kimi gedirik"-deyə A.Herkel bildirib.

A.Herkelin sözlərinə görə, seçkilərə hazırlıq şəraitində o və Andres Qross həmməruzəçi olmaqla birbaşa müşahidəçi kimi çıxış edir. "Andres Qross ilə mənim üçün bu, seçkilər keçirilənədək son qiymət səfəridir.Biz öz nöqteyi-nəzərimizi bildirəcəyik və özümüz ölkədəki vəziyyəti diqqətlə izləyəcəyik"- deyə A.Herkel bildirib.

Xəbər lenti

Xəbər lenti