...

Milli Məclisin 2006-cı ildə nəzərdə tutulan xərclər smetası 9192172 min manat olacaq

Siyasət Materials 20 Oktyabr 2005 15:49 (UTC +04:00)

"Milli Məclisin 2006-cı ildə nəzərdə tutulan xərclər smetası 9192172 min manat təşkil edib". Trend xəbər verir ki, bu barədə Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev parlamentin oktyabrın 20-də keçirilən növbəti iclasında deyib.

F.Hacıyev qeyd edib ki, cari ilin on ayı ərzində Milli Məclis üzvləri ümümi olaraq 1848 gün xarici səfərlərdə, 513 gün isə ölkədaxili ezamiyyətdə olublar. "2006-cı il dövlət büdcəsindən millət vəkillərinin ezamiyyət xərclərinə 600 min manat məbləğində vəsait ayrılması nəzərdə tutlub. Bu isə ötən illə müqayisədə 100 min manat (20 faiz) çoxdur".

F.Hacıyev 2006-cı il dövlət büdcəsindən Milli Məclisin xərclər smetası haqqında qısa arayış verərək bildirib ki, rabitə xidmətlərinin haqqının ödənilməsinə 160 min manat, yanacaq və sürtkü yağlarının alınması və nəqliyyat xərclərinin ödənilməsinə 171833 manat nəzərdə tutulub. "Bu da 2005-ci illə müqayisədə 25667 min manat azaldılıb. Təsərrüfat xərcləri üçün nəzərdə tutulan vəsait 1687 min manat, kommunal xərclər üçün ayrılan vəsait isə 8907 manat azaldılıb".

İnventar avadanlıqlarının alınması üçün 44261 manat vəsait ayrıldığını deyən F.Hacıyev Azərbaycana gələn xarici qonaqların nəqliyyat vasitələrindən istifadə etmə xərcinin 100 min manat məbləğində nəzərdə tutulduğunu bildirib: "Milli Məclisin avtoparkının maddi texniki bazasanı yaxşılaşdırmaq və gələn qonaqlara yüksək səviyyədə nəqliyyat xidməti göstərmək məqsədilə əlavə olaraq 1 ədəd avtobusun, üç ədəd müxtəlif markalı avtomobillərin alınması məqsədəuyğun hesab edilib".

Xəbər lenti

Xəbər lenti