...

Müxalifətin 3 dekabr ümumrespublika mitinqi oturaq aksiyaya çevrilməyəcək

Siyasət Materials 28 Noyabr 2005 16:41 (UTC +04:00)

Dekabrın 3-də keçiriləcək müxalifətin ümumrespublika aksiyası mitinqi zamanı oturaq mitinq olmayacaq. Trend xəbər verir ki, bu barədə jurnalistlərə "Azadlıq" blokunun həmtəsisçisi Sərdar Cəlaloğlu məlumat verib. O bildirib ki, noyabrın 28-də "Azadlıq" blokunun və "Milli Birlik" Hərəkatının birgə toplantısı keçirilib və bir sıra qərarlar qəbul edilib. Blok liderləri noyabrın 26-da keçirilən yürüş-mitinqin, parlament seçkilərinin nəticələrini və 3 dekabra təyin olunmuş növbəti aksiyanı müzakirə edib.

Noyabrın 26-da dinc oturaq mitinqin polislər tərəfindən dağıdılmasını, kütləvi şəkildə vətəndaşların xəsarət almasını nəzərə alaraq, liderlər növbəti aksiyanın oturaq aksiya xarakteri almamasına dair qəti qərar verib.

Sərdar Cəlaloğlu bildirib ki, noyabrın 26-da aksiya iştirakçılarının oturaraq, dinc şəkildə öz etirazlarını bildirmək təşəbbüsü həmin vaxt, yəni meydanda irəli sürülüb. Onun sözlərinə görə, bu qərar blok liderləri tərəfindən əvvəlcədən qəbul edilməmişdi. S.Cəlaloğlu həmin aksiya zamanı 300-ə yaxın aksiya iştirakçısının müxtəlif dərəcəli bədən xəsarətləri aldığını, mitinqin dağıdılması üçün su maşınlarından, gözyaşardıcı qazdan və digər vasitələrdən istifadə olunduğunu, həmçinin, aksiyanın nəzərdə tutulmuş vaxtın başa çatmasına 15 dəqiqə qalmış polislər tərəfindən dağıdılmağa başlandığını qeyd edib.

Xəbər lenti

Xəbər lenti