...

Parlament seçkisi ilə bağlı sənədlərin öyrənilməsində Konstitusiya Məhkəməsinin bütün hakim korpusu iştirak edir

Siyasət Materials 30 Noyabr 2005 15:21 (UTC +04:00)

6 noyabr 2005-ci il tarixdə Azərbaycanda keçirilmiş parlament seçkisi ilə bağlı sənədlərin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində öyrənilməsində məhkəmənin bütün hakim korpusu iştirak edir. Bu barədə Trend ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Sənədlər qanunvericilikdə nəzərdə tutulmuş 10 gün ərzində tam öyrənildikdən sonra təsdiq olunması üçün Konstitusiya Məhkəməsinin Plenum iclasının müzakirəsinə çıxarılacaq. Yekun qərar Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin də iştirak edəcəyi həmin iclasda elan ediləcək.

Konstitusiya Məhkəməsindən onu da bildiriblər ki, zəruri hal yaranarsa, sənədlərin öyrənilməsinin müddəti uzadıla da bilər.

Xəbər lenti

Xəbər lenti