"Yeni Siyasət" seçki bloku gələcəkdə başqa formatda fəaliyyətini davam etdirəcək". Bu barədə Trend ə adıçəkilən blokun təsisçilərindən olan Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov bildirib.
E.Namazov qeyd edib ki, yaxın günlərdə "Yeni Siyasət" seçki blokunun Koordinasiya Şurasının 12 üzvünün toplantısını keçiriləcək: "Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiq etdikdən sonra çox güman ki, seçki blokumuzun fəaliyyətini dayandırmaqla bağlı qərar verəcəyik. Ancaq bu o demək olmayacaq ki, ümumiyyətlə fəaliyyət göstərməyəcəyik".
E.Namazov onu da vurğulayıb ki, gələcəkdə blokun fəaliyyətini daha da genişləndirmək istiqamətində iş aparacaqlar.