...

Yeni çağırış parlamentin ilk iclasında Azərbaycanını AŞPA-dakı yeni nümayəndə heyətinin formalaşdırılması məsələsinə baxıla bilər

Siyasət Materials 1 Dekabr 2005 21:13 (UTC +04:00)
Yeni çağırış parlamentin ilk iclasında Azərbaycanını AŞPA-dakı yeni nümayəndə heyətinin formalaşdırılması məsələsinə baxıla bilər

Azərbaycanın daxili siyasi qüvvələri, mənim fikrimcə, Avropa parlamentarilərinin özlərindən çox Azərbaycanın AŞPA-dakı palament nümayəndə heyətinin mandatının bu strukturun yanvar sessiyasında tanınmamasında daha maraqlıdırlar. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib.

"Mənim Strasburqda keçirdiyim heç bir görüşdə belə bir fikir səslənməyib və Azərbaycanın nümayəndə heyətinin mandatının tanınmaması barədə bəyanatlar respublikanın daxilindəki siyasi qüvvələrə məxsusudur. Avropa Azərbaycanın inteqrasiyasında və onun inkişafında maraqlıdır",- deyə o bəyan edib.

S.Seyidovun sözlərinə görə, Avropadan olan parlamentarilər çatışmamazlıqları və bir sıra islahatların aparılmasının zəruriliyini göstərirlər və "biz onların tövsiyyələrini dinləməyə çalışırıq".

S.Seyidov həmçinin, bildirib ki, dekabrın 15-də Parisdə Avropa Şurasının Monitorinq komitəsinin iclasında AŞPA-nın Azərbaycandakı Monitorinq missiyasının rəhbəri Leo Plavoyetanın, eləcə də Azərbaycan üzrə həmmərüzəçilər Andreas Qrossun və Andres Herkelin yekun məruzəsiləri müzakirə olunacaq. "İclasın yekunları üzrə sənəd hazırlanaraq AŞPA-nın yanvar sessiyasında baxılmasına çıxarılacaq və mən bu məsələdə hər hansı bir problem görmürəm",- deyə Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri bildirib.

S.Seyidov həmçinin, yeni çağırış parlamentin dekabrın 2-də keçiriləcək ilk iclasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin yeni tərkibinin formalaşması məsələsinə baxılacağını da istisna etməyib.

Xəbər lenti

Xəbər lenti