...

Xəqani Əliyev: "Azərbaycan hökuməti ilə Bayva arasında müqavilənin pozulması ştatın ixtisara salınması ilə nəticələnməyəcək"

Siyasət Materials 6 Dekabr 2005 12:56 (UTC +04:00)
Xəqani Əliyev: "Azərbaycan hökuməti ilə Bayva arasında müqavilənin pozulması ştatın ixtisara salınması ilə nəticələnməyəcək"

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və "Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" (Bayva-Enerji) SC arasında "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" səhmdar cəmiyyətlərinin idarə olunması haqqında müqavilələrin pozulması ilə əlaqədar işçilərin ixtisara salınması nəzərdə tutulmur". Bu barədə Trend ə Bayva-Enerji şirkətinin prezidenti Xəqani Əliyev bildirib.

Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də şirkətin "Gəncəelektrikşəbəkə" və "Əlibayramlıelektrikşəbəkə" SC-ni idarəetmə hüququnun ləğv edilməsi barədə sərəncam imzalayıb. Müqavilələrin ləğv edildiyi andan səhmdar cəmiyyətlər "Azərenerji" SC-nin tərkibinə verilir.

"Hazırda şirkətin 7 min işçisi var və təhvil-təslim işləri başa çatdıqdan sonra onlar Azərenerjinin əməkdaşı olacaq. Müqavilənin pozulması onların işinə təsir etməyəcək", - deyə o qeyd edib.

X.Əliyev onu da əlavə edib ki, SC-in təhvil-təslimi üzrə işlər bir ay ərzində başa çatacaq. "Bu dövr ərzində biz Azərenerji ilə birlikdə fəaliyyət gjöstərəcəyik. Azərenerji hər iki SC-ni efeektiv idarə etmək üçün tədbirlər görməli, ona yaxın şəhər və rayonların elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmalı, enerji üçün yığımları artırmalıdır", - deyə Bayva-Enerjinin prezidenti bildirib.

Xəbər lenti

Xəbər lenti