...

Turan Moralı: Ermənistanın maneələrinə baxmayaraq, Bakı-Tbilisi-Ahalkalaki layihəsi reallaşdırılacaq

Siyasət Materials 6 Dekabr 2005 17:22 (UTC +04:00)
Turan Moralı: Ermənistanın maneələrinə baxmayaraq, Bakı-Tbilisi-Ahalkalaki layihəsi reallaşdırılacaq

Ermənistanın maneələrinə baxmayaraq, Bakı-Tbilisi-Ahalkalaki layihəsi reallaşdırılacaq. Bu barədə Trend in müxbiri ilə söhbətində Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı bəyan edib.

"Bakı-Tbilisi-AhalkalakiR layihəsinin reallaşdırılması çox ciddi məsələdir. Ermənistan layihə işlərinin dondurmağa çalışır. Lakin buna baxmayaraq, bu dəmiryolu istismara veriləcək", - deyə səfir bildirib və "bunu həm Türkiyə, həm də Gürcüstan və Azərbaycan da istəyir"-deyə türk diplomatı qeyd edib.

Səfir qeyd edib ki, dəmiryolunun tikintisi məsələləri bu istiqamətdə fəal iş aparan Türkiyə-Azərbaycan-Gürcüstan birgə komissiyası çərçivəsində müzakirə olunur.

"Bakı-Tbilisi-Ahalkalaki dəmiryolunun tikintisinin reallaşdırılması çərçivəsində mühəndis-hazırlıq işləri 2006-cı ildə başa çatacaq", -deyə T. Moralı bildirib. Türk diplomatının sözlərinə görə, layihənin maliyyə tərəfi mütəxəssislər tərəfindən ilkin laüihə məruzəsinin hazırlanmasından sonrakı mərhələdə müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti