...

DAK-ın "21 Azər" Hərəkatı ilə bağlı Parisdə tədbirləri keçirilir

Siyasət Materials 9 Dekabr 2005 14:46 (UTC +04:00)

"Dekabrın 9-u günün ikinci yarasında Parisdə "Güney Azərbaycan 1945-ci il hökuməti Avropanın demokratik dəyərləri müstəvisində" mövzusunda tədbir keçiriləcək". Bu barədə Trend ə Dünya Azərbaycanlıları Konqresi (DAK) Məclisinin üzvü, VHP sədri Sabir Rüstəmxanlı bildirib.

Qeyd edək ki, dekabrın 9-11 arasında DAK "21 Azər" Hərəkatı ilə bağlı Parisdə bir sıra tədbirlər planlaşdırıb.

S.Rüstəmxanlı qeyd edib ki, məlum mövzu ilə bağlı keçiriləcək tədbirdə Parisdə fəaliyyət göstərən bir sıra Avropa ölkələrinin səfirləri, Gürcüstanda yaşayan soydaşlarımız da iştirak edəcəklər. Tədbirdə S.Rüstəmxanlı çıxış edəcəyini də qeyd edib. VHP sədri tədbirin "Qərbi Avropa Evi"ndə keçiriləcəyini bildirib: "Dekabrın 10 və 11-də isə müxtəlif yerlərdə daha geniş tədbirlər keçiriləcək".

Xəbər lenti

Xəbər lenti