...

"Liberal Azərbaycan" seçki bloku fəaliyyətinə xitam verib

Siyasət Materials 13 Dekabr 2005 15:22 (UTC +04:00)

"Liberal Azərbaycan" seçki bloku fəaliyyətinə xitam verib. Bu barədə Trend ə adıçəkilən blokun təsisçisi Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev bildirib.

F.Əliyev onu da bildirib ki, bloka daxil olan siyasi qüvvələr parlament seçkilərində uğur ələd edə bilmədikləri və əlavə seçkilərdə də bunun mümkün olmayacağını yəqinləşdirib seçki blokunun fəaliyyətinə xitam verilib: "Ancaq bu o demək deyil ki, seçki bloku ümumiyyətlə fəaliyyət göstərməyəcək. Biz başqa bir formatda fəaliyyətimizi davam etdirmək niyyətindəyik".

Partiya sədri onu da qeyd edib ki, bununla bağlı digər siyasi partiyalarla danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti