...

Etibar Məmmədov: "AMİP-də Nizamnamədən kənar təyinat cəhdləri yolverilməzdir"

Siyasət Materials 13 Dekabr 2005 16:30 (UTC +04:00)

"AMİP daxilində hər-hansı fikir ayralığı mövcuddursa bunlar məhz legitim strukturlarda muzakirə olunmalı və müvafiq qərarlar qəbul olunmaladır. Partiyanın müvafiq strukturlarında müzakirə olunmadan bildirilən hər-hansı fikir isə yalnız şəxsi xarakter daşıya bilər". Trend in məlumatına görə, bu fikirlər Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar məmmədovun bəyanatındandır. O, son günlərdə AMİP ətrafında yaranmış vəziyyətə münasibətini açıqlayıb.

E.Məmmədov bildirib ki, Azərbaycan Milli İstiqlal Partiyası qurultayda qəbul olunmuş Nizamnamə çərçivəsində fəaliyyət göstərən və öz fəaliyyətində həmişə Nizamnaməni rəhbər tutumuş bir təşkilatdır. Keçmiş sədr hal-hazırda Nizamnaməyə uyğun olaraq parityanın legitim strukturlarının - sədr, baş katib başda olmaqla katiblik, Siyasi Şura və Mərkəzi Şuranın mövcud olduğunu deyib.

"Mənim qəti mövqeyim ondan ibarətdir ki, yaranmış problemlər ətrafında təcili müzakirələr vacibdir və bu müzakirələr məhz legitim strukturlarda aparılmalıdır. Müzakirələr aparılmadan verilən hər-hansı bəyanat, qərar vəziyyəti daha da gərginləşdirə bilər. Nizamnamədən kənar təyinat cəhdləri isə yolverilməzdir. Partiya daxilində yaranmış hər-hansı problemin həllində ən böyük məsulliyət sədrin üzərinə düşür və sədr olaraq onun vəzifəsi partiyanın vahidliyini qorumaq, partiya daxilində barış və əməkdaşlıq əhval ruhiyyəsi yaratmaq və barışdırıcı mövqe nümayiş etdirməkdən ibarət olmalıdır"-deyə E.Məmmədov vurğulayıb.

E.Məmmədov onu da qeyd edib ki, AMİP daxilində yaranmış son vəziyyətlə bağlı həftə sonu üçün partiya fəalları ilə geniş toplantı keçirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti