...

Naxçıvanda İran qazının tədarükünün başlanması ilə əlaqədar İran və Azərbaycan prezidentlərinin iştirakı ilə rəsmi mərasim keçirilib

Siyasət Materials 20 Dekabr 2005 14:39 (UTC +04:00)
Naxçıvanda İran qazının tədarükünün başlanması ilə əlaqədar İran və Azərbaycan prezidentlərinin iştirakı ilə rəsmi mərasim keçirilib

Dekabrın 20-də Naxçıvanda İran qaznın tədarükünün başlanması ilə əlaqədar İran və Azərbaycan prezidentləri Mahmuüd Əhmədinecat və İlham Əliyevin iştirakı ilə rəsmi mərasim keçirilib. Trend in regional müxbirinin xəbər verdiyi kimi, mərasim Naxçıvan şəhər qaz istismar idarəsinin ərazisində keçirilib.

Naxçıvana İran qazı sentyabrın 3-dən tədarük olunur. Bu, son 15 il ərzində NMR-ə ilk yanacaq tədarüküdür. Hazırda qaz Naxçıvan və Culfa şəhərlərinə verilir. Tədricən NMR-in digər yaşayış məntəqələrinə də qaz veriləcək. NMR-də 12 mindən artıq abunəçi qazla təmin olunacaq.

Bununla yanaşı, noyabrın 1-dən Azərbaycan qazı İranın şimal-şərq regionlarını yanacaqla təmin etmək üçün bu ölkəyə daxil olur. Birinci mərhələdə İran NMR-ə 52 mln m3 (2005-ci ilin sonuna kimi), 2006-cı ildə 250 mln m3, 2007-ci ildə isə 350 mln m3 qaz tədarük edəcək.

Xəbər lenti

Xəbər lenti