...

Azərbaycanla İran arasında iki memorandum imzalanıb

Siyasət Materials 20 Dekabr 2005 16:19 (UTC +04:00)

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan və İran prezidentləri İlahm Əliyev və Mahmud Əhmədinecat arasında danışıqların yekunu olaraq iki memorandum imzalanıb. Birinci sənəd -"İnkişaf üçün yardımdan istifadə barədə" Memorandum Azərbaycan və İranın XİN rəhbərləri tərəfindən imzalanıb. İkinci -"Energetika sahəsində əməkdaşlıq barədə" memorandum isə dövlət başçıları tərəfindən imzalanıb. Bu barədə Trend "Lider" telekanalına istinadən məlumat yayıb.

Sənədlərin imzalanması mərasimindən sonra prezidentlər bəyanatla çıxış ediblər. Prezident İlham Əliyev bildirib ki, İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Məkkədə keçirilən sammitinin gedişində o, İran prezidentini Azərbaycana dəvət edib. Dövlət başçısının sözlərinə görə, Azərbaycanla İran arasında əməkdaşlığın inkişafında regionda sabitliyin və sülhün möhkəmləndirilməsi xüsusi rol oynayır.

İlham Əliyev qeyd edib ki, rəsmi Bakı Ermənistan-Azərbaycan arasında Dağlıq Qrarabağ münaqişəsində İrannın tutduğu mövqedən razıdır.

Öz növbəsində, İran prezidenti qeyd edib ki, Tehran daima Azərbaycanla birlikdə olacaq". "Mən ümidvaram ki, Azərbaycan xalqı çətin vaxtları arxada qoyacaq", - deyə Mahmud Əhmədinecat bildirib.

Xəbər lenti

Xəbər lenti