...

Azərbaycan prezidenti "BP Azerbaijan" şirkətinin pezidentini qəbul edib

Siyasət Materials 21 Dekabr 2005 16:56 (UTC +04:00)

Azərbaycan prezidenti dekabrın 21-də BP Azerbaijan şirkətinin prezidenti Devid Vudvordu qəbul edib. Trend in məlumatına görə, dövlət başçısı görüşdə qeyd edib ki, Azərbaycanla VR şirkəti arasında əməkdaşlıq dönmədən inkişaf edir. İlham Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan və "Şahdəniz"kimi qlobal layihələrin reallaşması uğurla davam etdirilir.

"Azərbaycanda böyük irəliləyiş əldə olunub",- deyən dövlət başçısı Dövlət Neft Fondunun ayırdığı vəsaitlərin bir hissəsi sosial proqram və layihələrə, eləcə də xəstəxana və məktəblərin tikintisinə sərf edildiyini qeyd edib.

İ.Əliyev bildirib ki, bütün bunlar birgə işlərin uğurlu nəticəsidir və Azərbaycanla VR arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, D.Vudvord 2005-ci ildə görülən işlərdən və qarşıdakı il üçün nəzərdə tutulan planlardan danışıb və 2005-ci ilin əməkdaşlıq sahəsində uğurlu il olduğunu bildirib. O, 2005-ci ilin mayında Bakı-Tbilisi-Ceyhan boru kəmərinin ilk neftlə doldurulduğunu xatırladıb.

Xəbər lenti

Xəbər lenti