...

Dekabrın 31-də polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək

Siyasət Materials 28 Dekabr 2005 16:01 (UTC +04:00)

Dekabrın 31-də polis gücləndirilmiş iş rejimi ilə fəaliyyət göstərəcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov məlumat verib.

Polisin gücləndirilmiş fəaliyyəti əsasən şəhərin mərkəzində müşahidə olunacaq. Həmin tarixdə gecə saat 24.00 radələrində isə Səbail rayon polis idarəsinin və idarənin şöbələrinin xidmət aparacağı sahə Milli Park olacaq. Həmin ərazidə fəaliyyətin gücləndirilməsinə səbəb Bakı Şəhər İcra Hakimiyyətinin bayram münasibətilə planlaşdırdığı atəşfəşanlıqdır.

DİN xəbərdarlıq edir ki, qadağan olunmuş partladıcı oyuncaqlardan istifadə etməklə şəhər sakinlərinin narahatçılığına səbəb olan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti