...

Bakıda "Yaponiyanı müasir plakatlarda kəşf et" plakat sərgisi açılıb

Siyasət Materials 16 Yanvar 2006 18:22 (UTC +04:00)

Yanvarın 16-da Azərbaycanın Mədəniyyət Nazirliyinin Bədii sərgi salonunda "Yaponiyanı müasir plakatlarda kəşf et" sərgisi açılıb. Trend in məlumatına görə, sərginin təşkilatçıları Yaponiya səfirliyi və Azərbaycanın Mədəniyyət Nazirliyidir.

Sərginin açılışında Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək ölkələr və xalqlar arasında mədəni münasibətlərin inkişafına xidmət edən belə tədbirlərin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirib və onların bir-birini anlamasında rolunu qeyd edib.

Yaponiyanın Azərbaycandakı səfiri Tadaxiro Abe Yaponyia hökumətinin Azərbaycanla siyasi, iqtisadi və mədəni münasibətlərini daha da genişləndirməkdə maraqlı olduğunu qeyd edib. Onun sözlərinə görə, Yaponyia ilə Azərbaycan arasında bir çox oxşarlıqlar var. Səfir Azərbaycanın Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərpasında öz töhfəsini verdiyini qeyd edib. O, ikitərəfli əlaqələrin bundan sonra da dərinləşəcəyinə və inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Sərgidə 38 müəllifin 75 -ə yaxın plakatı nümayiş olunub. Sərgi Yaponiya Fondu tərəfindən maliyyələşdirilib. Azərbaycana qədər o Fransa, Xorvatiya, Yunanıstan, Serbiya, Slovakiya, Finlandiya, Norveçdə nümayiş olunub. Azərbaycandan sonra isə Qazaxıstan, Özbəkistan və Belorusda sərgilənəcək.

Xəbər lenti

Xəbər lenti