...

Yanvarın 25-də Rusiyanın müdafiə naziri Qəbələ RLS-na baş çəkəcək

Siyasət Materials 20 Yanvar 2006 14:28 (UTC +04:00)

Rusiya hökuməti sədrinin müavini, bu ölkənin müdafiə naziri Sergey İvanov Azərbaycana 3 günlük rəsmi səfəri çərçivəsində yanvarın 25-də "Dəryal" (Qəbələ rayonu) radiolokasiya stansiyasına baş çəkəcək. Bu barədə Trend ə RF-nın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yanvarın 23-də Bakıda başlayacaq danışıqlar zamanı Rusiya-Azərbaycan arasında hərbi, eləcə də hərbi-texniki əməkdaşlığının perspektivləri, beynəlxalq terrorizmlə mübarizə məsələləri müzakirə olunacaq.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə danışıqlardan sonra S.İvanovun respublikanın baş naziri A.Rasizadə və prezident İ.Əliyevlə görüşü planlaşdırılıb.

Rusiyanın Müdafiə Nazirliyinin press-relizində həmçinin bildirilir ki, yanvarın 25-də Yerevana gedəcək S.İvanov burada prezident Robert Köçəryan, baş nazir Andranik Markaryan və Ermənistanın müdafiə naziri Serj Sarkisyanla görüşəcək. Ermənistana səfər çərçivəsində S. İvanov Gümrüyə baş çəkəcək və buradakı 102-ci Rusiya hərbi bazasının obyektlərinə baxacaq.

Xəbər lenti

Xəbər lenti